Əlaqə nömrənizi qeyd edin,30 saniyə ərzində biz sizə zəng edək

Yer örtüyü növləri

15 İyul 2018
← Faydalı məlumatlara

 

Laminat

Laminat deyərkən ilk öncə ağlımıza ofislərdəki, üstündə gəzəndə, qəribə “səs” edən yer örtüyü ağlımıza gəlir. Amma bu əslində köhnə stereotipdir. Sözsüz ki, Laminatın “səs” etməsi onun düzgün quraşdirilmaması və keyfiyyətsizliyi haqda bəhs edir. İkinci  stereotip laminatın ekolojı cəhətdən təhlükəli olması, bu da bir cəfəngiyatdır, çünki Laminatla bərabər istənilən digər materiallarında keyfiyyətli və keyfiyyətsiz variantları var. Laminat haqda düşünərkən bəs əsas nəyi bilməliyik?
İlk öncə prioritetləri düzgün qurmalıyıq. Əgər biz tez bir zamanda montaj və demontaj (misal üçün su sızması halında) olunan, cızılmağa və tədricən solmağa davamlı (xüsusən uşaqlı ailələrə), çoxlu rəng və model seçiminə üstünlük veririksə, o zaman Laminat ən ideal variantdır.
Laminat seçərkən, bu xüsusiyyətlərdən savayı onun sinfinə və qalınlığına diqqət yetirmək lazımdır. Laminatın sinfi onun üst səthinin nə qədər sərt və davamlı olması haqda bəhs edir. Adətən 30, 31, 32, 33 və nadir hallarda 34-cü sinfə rast gəlmək olar. Sinif nə qədər yüksək olsa bir o qədər yaxşıdır. Qalınlıq, lövhənin ümumi qalınlığı deməkdir bu da 7, 8, 10 və 12mm qalınlıq deməkdir. 
Bizim təmir zamanı istifadə etdiyimiz Laminat müasir Avropa yer örtüyü olmaqla bərabər yüksək keyfiyyətli, nəmişliyə davamlı bir materialdır. Təmir paketindən asılı olaraq qalınlığı 8, 10 və 12mm, Sinfi isə 32 və 33-dir.

Taxta döşəmə 

Hamımızın tanıdığımız və bildiyimiz taxta pol müxtəlif şam ağaclarının növlərindən hazırlanılır. Həmin şam ağaclarının müxtəlif olduğu kimi də həmin döşəmə taxtalar da öz keyfiyyəti ilə fərqlənir. 

Stereotip 1. Taxta döşəmə aşağı keyfiyyətli yer örtüyüdür. Əslində bu belə deyil, çünki hazırlanmasında təbii ağac massivi istifadə olunub, bu da həmin materialı çox keyfiyyətli edir, yetər ki ağacın özü keyfiyyətli olsun. Stereotip 2. Taxta pol tədricən “səs” etməyə və aralanmağa başlayır. Taxta döşəmə özü “səs” edə bilməs, altındakı laqalar “səs” edir, bu da taxta döşəmənin deyil, məhz montajın problemidir. Döşəmənin aralanması da onun keyfiyyətsiz montaj olunması haqda bəhs edir. 
Taxta döşəmə universal yer örtüyü növü deyil, bu səbəbdən onu bütün təmir üslublarına tətbiq etmək olmur. Loft,  Minimalızm və müəyyən hallarda hətta Şale üslublarında işlətmək olar.
Bizim təmir zamanı istifadə etdiyimiz Taxta döşəmə yüksək keyfiyyətli, qalınlığı 33 mm olmaqla, zərbəyə davamlı Qırmızı şam ağacından olan bir materialdır. Təmir paketindən asılı olaraq Düyünlü və ya Düyünsüz istifadə olunur.

Parket/Parket lövhəsi/Massiv parket

Klassikanı sevənlər və konservatorlar üçün ən maraqlı mövzu yer örtüyüdür və bu sözsüz ki onlar üçün Parket deməkdir, amma parketi fikirləşəndə nələri bilməliyik. 
hazırda bazarda 3 parket növü var: əsrlər boyu istifadə olunan ədədli xam parket, Parket lövhəsi və Massiv Parket. Gəlin birlikdə təfərrüatları aydınlaşdıraq: 


Xam parket ötən əsrin əvvəlindən belə istifadə olunur və artıq bir neçə nəsillərin rəğbətini qazanmış bir yer örtüyüdür, bu səbəbdən də mənzil alanda və ya satanda ilk olaraq qürurla vurğulanan məqam “Yer parketdir” ifadəsi heç də təsadüf deyil, çünki məhz həmin yer örtüyü qiymətə təsir edən əsas bir amildir. Amma bu gözəllik də “qurbanlar” tələb edir: xüsusi diqqət, baxım və təmizləmə üsulları, 10 ildən bir yenidən cilalanma və yenidən dolğu və lak vurulma. Cızıqların görsənməməsi üçün də parlaq deyil, məhz mat lakın istifadə olunması tövsiyyə olunur. Əsasən fistiq və ya palıd parketlərdən istifadə olunur, sözsüz ki palıd ağacı fıstıq ağacı ilə müqaisədə daha möhkəm və etibarlıdır. Parketlərin 6 növü var: 5, 4, 3, 2, 1 və əla növ, növlər keyfiyyəti ilə deyil məhz rəngi və ornamenti ilə fərqlənirlər. Yəni 5-ci növ müxtəlif rəngli bir yer örtüyü əla növ isə bir tonlu, eyni rəngdə, eyni ornamentdə rəssam tərəfindən ideal çəkilmiş bir rəsm əsəri kimi yer örtüyü deməkdir. Bu yer örtüyünü seçən müştərilərimiz adi təmirə sərf olunan müddətdən 14 gün daha çox vaxt sərf edəcəklər, bu parketin montajı, cilalanması, dolğunun və lakın quruması ilə əlaqədardır
Parket lövhəsi parketnən laminatın qarışığıdır, belə ki, üst səthi qiymətli təbii ağac növündən, alt hissəsi isə laminatda olduğu kimi presslənmiş DSP materialından. Laminatda olduğu kimi kilid sistemi ilə montaj olunur, yüksək keyfiyyətli və uzunömürlü bir yerörtüyüdür
Massiv parket bütövlükdə təbii ağacdan hazırlanır və Xam parketdə olduğu kimi üst qatı digər yer örtükləri ilə nisbətdə bir qədər zərifdir və bu səbəbdən də Massiv Parketin xüsusi diqqət, baxım və təmizlənməyə ehtiyacı var. 
Bizim təmir zamanı istifadə etdiyimiz parketin hər 3 növündən istifadə olunur, daha dəqiq desək: Yerli və ya Ukrayna istehsalı olan Xam parket 2-ci və ya Əla növ (təmir paketindən asılı olaraq), Qalınlığı 12mm olan Türkiyyə istehsalı olan Parkelam Parket Lövhəsi və İndoneziya istehsalı olan Massiv Bambuk ağacından olan Massiv Parketlər.

Hansı yer örtüyünü seçsəniz də işiniz uğurlu təmiriniz isə gözoxşayan olsun, biz bunu sizə bəxş edə bilərik.