Əlaqə nömrənizi qeyd edin,30 saniyə ərzində biz sizə zəng edək

İşıqlandırma

15 İyul 2018
← Faydalı məlumatlara

İşıqlandırma mənzilin dizaynında ən əsas məqamlardan biridir. Sizin əhval-ruhiyyəniz və mənzilin ümumi görkəmi məhz düzgün işiqlandırmadan asılıdır. İşıqlandırma düzgün olmayanda ən gözəl layihəni, ən cazibəli dizaynı belə uğursuz edə bilər. Bu səbəbdən İşıqlandırma üsullarını və dizaynını əvvəlcədən planlaşdırmaq lazımdır.

İşıq soyuq ağ, təbii ağ və isti ağ növlərində mövcuddur. Bəs bunlardan hansını biz evimiz üçün seçməliyik? İşıqların dərəcəsi haqda onların qutularında ətraflı məlumat var, belə ki: isti ağ 2700–3500 К, təbii ağ 3500–5000 К, soyuq ağ – 5000–5400 К .

Soyuq ağ evlərdə demək olar ki, istifadə olunmur.

Təbii ağ isə evin müəyyən hissələrində istifadə olunur. O, rəngləri qarışdırmır, bu səbəbdən mətbəxdə işçi zonasında, kitab oxunan yerlərdə və güzgülərin önündə istifadə olunur.
Evlərdə əsasən isti ağ dərəcəsi 3000К qədər olan işıqlardan istifadə olunur. Evdə rahat və gözoxşayan abhava yaranması üçün ən uyğun variantdır. Qonaq masası üzərində bişirilmiş yeməklərin gözəlliyini göstərmək üçün, hamamda relaksasiya üçün, yataq otağına istirahət üçün, qonaq otağında isə doğmalıq hissi yaratmaq üçün isti ağ rəngində işiqlandırma bənzərsizdir. 
Müxtəlif lampalarda istifadə edərək isti ağ işıq effektlərinə nail olmaq olar: adi lampalar, hallogen, luministent və diod. HazırEv-dən məsləhətimiz imkan dairəsində eyni tipli lampalardan və eyni patronlardan istifadə edin ki, sonradan nəyin harda olmasını yadda saxlamaq və bazarda axtarışdan bezməyə ehtiyac qalmasın.