Əlaqə nömrənizi qeyd edin,30 saniyə ərzində biz sizə zəng edək

Yenə təmiiiiir?

28 Fevral 2019
← Faydalı məlumatlara

Təmir dedikdə birinci ağlınıza nə gəlir? Əlbəttə ki, əziyyət, stress və səs-küy, bunlardan əlavə artıq xərclənəcək pullar, boşuna sərf olunan vaxt, işini keyfiyyətsiz görən usta və təmiri yenidən etmək məcburiyyəti, amma gəlin təmir məsələsinə daha optimist yanaşaq. Burada istənilən layihədə olduğu kimi (təmir də kiçik bir layihədir) hazırlıq mərhələsinə nə qədər həssas və dəqiq yanaşsaq, bir o qədər də gələcək problemləri minimuma endirmiş olarıq. Beləliklə, ilk öncə biz nə istədiyimizi təsəvvür etmək üçün internetdə araşdırma aparmalı və evimizin hansı stildə təmir olunmasını özümüz üçün aydın təsəvvür etməliyik. Bunun üçün peşəkar dizaynerlərə də müraciət etmək olar, sözsüz ki bu zaman büdcənizə nəzər salmaq lazımdır, dizaynın qiyməti 1 kv/m üçün 10-20 manat civarındadır, qiymətə təsir edən amillər dizaynın mürəkkəbliliyi və sxemlərin və layihə cizgilərinin təffərrüatlılığıdır. Nələrə diqqət yetirməli: Dizayn şirkəti sizə müəyyən sualları verib bütün məsləhətləri özü verməlidir, yoxsa olur ki dizayner sizdən soruşur ki nəyi və necə edək, dizayn şirkətin portfoliosunu analiz etmək lazımdır və həmin mərhələdə artıq həmin dizaynerin dırnaqarası dizayner olub olmaması üzə çıxacaq, dizayner şirkəti hər bir üslub üzrə sizə təfərrüatlı məlumatları, bütün müsbət və mənfi cəhətlərini qeyd etməlidir.

Artıq bütün yuxarıda qeyd olunan məsələlər gözünüzün önündə aydın şəkildə təsəvvür edirsinzsə, evinizin görkəmində istifadə olunacaq materialların nə kimi olmasını bilirsinizsə təmirə başalamaq olar, burada da sizin iki variantınız var: bütün əzab-əziyyətləri özünüz çəkirsiniz siz təmirlə özünüz məşğul olursunuz və ya bu sahədə peşəkar olan bir şirkətə müraciət edirsiniz. Hər bir halda qərarı siz verirsiniz, əsas diqqət yetirməli amillər: Siz özünüz məşğul olacağınız halda sizin əsas itirdiyiniz zaman və əsəbləriniz olacaq, pul itirməyiniz sual altında olsa da, belə bir risk var. Təmir-tikinti şirkətinə müraciət etdiyiniz təqdirdə nələrə diqqət yetirməli: Tikinti şirkəti rəsmi şəkildə qeydiyyatdan keçmiş bir şirkət olmalı, sizinlə podrat müqaviləsi bağlamalı (podrat müqaviləsinin nüsxəsini mütləq əvvəlcədən almaq və onunla ətraflı tanış olmaq lazımdır), əvvəlcədən sizə smeta təqdim etməli, smetada hər bir xırda detalın belə qiyməti olmalı və xidmət haqqı da qeyd olunmalıdır, bütün materiallar (istehsal ölkəsi, brendi, markası, qalınlığı) görüləcək işlər əvvəlcədən razılaşdırılmalı materialların alınması, qaldırılması kim tərəfdən həyata keçirilməsi və s. Bütün qeyd olunanlar podrat müqaviləsində, habelə mənzilin təhvil verilmə tarixi müqavilədə əks olunmalıdır. Xüsusi diqqət yetirməli amil tərəflərin öz vəzifə borclarını yerinə yetirə bilmədiyi təqdirdə hansı qarantiyalar və ya dəbbə pulu mövcudluğudur.

Hazırev-in peşəkar komandası təmirin bütün incəliklərini nəzərə alır və təmir sahəsində sizə layiqincə xidmət göstərmək iqtidarındadır. Bizim eyni zamanda çalışa biləcək 12 təmir briqadamız var, ən çətin işlər, ilk baxışdan ən ümüdsiz və çətin yenidənqurma işləri bizim əməkdaşlarımız üçün öhdəsindən gələ biləcək işlərdir. Biz gördüyümüz işə zəmanət və bundan savayı təmir bitəndən sonra peşəkar xidmət tərəfindən təmizlik işləri və mənzilin sığortasını hədiyyə edirik.

Xidmət sahəsi inkişaf etsin deyə bazara fərqlilik qatmaq üçün gəldik. Sizin üçün çalışmağa gəldik.

Hörmətlə,

Hazırev komandası