Əlaqə nömrənizi qeyd edin,30 saniyə ərzində biz sizə zəng edək

Qapılar

28 Fevral 2019
← Faydalı məlumatlara

Çoxlarımız bilirik ki, məkanımızın təmirinin qonaqlarımız tərəfindən nə qədər zövqlü qarşılanması gözə çarpan amillərdən asılıdır, belə amillər arasında qapılar əsas sıradadır, elə bunun üçün də, məhz qapılara xüsusi diqqət yetirlməliyik.

Qapılar əsasən istehsalçı və hazırlandığı material ilə seçilirlər, sözsüz ki qapıların, qiyməti, keyfiyyəti, istifadə ömrü elə bu amillərdən asılıdır.

Bütöv taxta massivindən hazırlanmış qapılar. Bahalı növ qapıların üzərinə lak və ya boya çəkməklə hazırlanır, qapının nəmişliyə və ətraf mühitin digər təsirinə qarşı da maddələr istifadə olunur. Bu qapılar interyeriniz üçün heyrətamiz gözəllik və uzunömrlülük bəxş edəcək. Bunu da qeyd etmək lazımdır ki, bu qapılar sizə yüksək qiymətə başa gələcək, müəyyən insanlar üçün gözəllik çox önəmlidir və onlar bu gözəllik üçün qəti qənaət etmirlər. Lakin, təmirdə hər şey büdcəyə bağlıdır və ekonom variantlar da mövcuddur, bunun üçün də keçid alırıq şpon qapılara

Şpon qapılar. Müəyyən qədər ucuz taxta karkasın üzərinə Şpon ilə emal olunmuş görkəmi daha cəzibədar olan ağac növünü yapışdırmaqla hazırlanır, yəni daxildən nisbətən ucuz taxta karkas üzərində bahalı növdən olan nazik səth çəkilir. Bu qapılar qiymət baxımından daha münasibdir, daha yüngüldür, nəmişliyə və mexaniki zədəyə qarşı daha davamlıdırlar. Mənfi cəhətlərdən isə mexaniki zədə olduğu təqdirdə həmin zədənin aradan qaldırmaq mümkünsüz desək, yanılmarıq.

Laminat qapılar. Büdcənizin məhdud olmasını nəzərə alaraq, nisbətən daha ekonomik həll - laminat qapılardır. Qapının hazırlanması adətən şam ağacının üzərinə MDF və ya DSP səthinin çəkilməsindən ibarətdir. Bu qapılar, yüngüllüyü və qiymətinin ucuz olması ilə fərqlənirlər, nəmişliyə qarşı çox davamlıdırlar. Rəng seçimi çox böyükdür. Mənfi cəhətlərdən isə zədəyə qarşı xüsusən də zərbəyə qarşı çox həssasdır və dərhal çatlayırlar.

MDF qapılar. Bu qapıların hazırlanması mətbəx mebelinin masa lövhəciyinin (“Stoleşnica”) hazırlama prinsipi ilə eynidir, yəni vakum presi ilə hazırlanmış karkas sonradan MDF səthi ilə üzlənir. Bu qapılar Massiv qapıların cazibədarlığını təkrarlıya bilir, və eyni zamanda qiymətdə nisbətən münasib olması bu qapıları çox cəlbedici edir. Material mexaniki zərbəyə davamlıdır və eyni zamanda da səs və termo izolyasiyası yüksəkdir.

 

Qapı seçərkən əsas amillərdən biri də qapıların hazırlanmasında ekolojı cəhətdən təmiz materialların istifadə olunmasıdır, bunu mütləq alacağınız yerdən dəqiqləşdirin, xüsusən də daxili karkası talaşdandırsa (“Opilka”) çünki talaşın yapışması üçün bəzi istehsalçılar zəhərli formaldegiddan istifadə edirlər. Nəzərə alsaq ki qapıların istifadəsi uzunmüddətli planlaşdırırlır, bu baxımdan, onun ekolojı cəhətdən təmiz materialdan olması sizin və yaxınlarınızın sağlamlığı üçün çox önəmlidir.